Bütün peşə təhsili müəssisələri Azərbaycan Təhsil Şəbəkəsinə qoşuldu

Artıq ölkəmizdəki bütün peşə təhsili müəssisələri Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub.

 

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Qeyd edək ki, 71 peşə təhsil müəssisəsi ilə yanaşı, artıq 53 məktəbəqədər təhsil müəssisəsi də Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub. Ölkə üzrə indiyədək 4305 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə və internetə çıxışla təmin olunub. Belə ki, 1365 fiber optik, 1908 simsiz və 1032 adsl rabitə kanalı vasitəsilə internetə çıxış imkanı əldə edilib. Təhsil müəssisələrinə 43350 kompüter paylanılıb.

 

Ruhiyyə

 



27.02.2024 | 13:40