“İnklüziv təhsildən inklüziv cəmiyyətə”

Bakı Slavyan Universitetində  “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfransın təşkilat komitəsinin  növbəti iclası keçirilib. 

 

İclasda konfransın bölmə rəhbərlərinin, fəxri qonaqlarının müəyyənləşdirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, redaksiya heyətinin müəyyənləşdirilməsi və konfransın regional bölməsinin təşkili məsələləri ilə bağlı  təkliflər verilib. Konfransın formatının universitetlərarası müzakirə platforması kontekstində faəliyyəti ilə bağlı produktiv müzakirə aparılıb.

 

Qeyd edək ki, konfransa məqalə qəbulu 16 mart 2024-cü il tarixinədək [email protected] ünvanı vasitəsi ilə həyata keçirilir.

 

Konfransda iştirak və tezislərin tərtibi qaydaları ilə bağlı ətraflı məlumatı universitetin rəsmi saytından əldə etmək olar:

 

https://bsu-uni.edu.az/az/announce/360



06.03.2024 | 10:48