Azərbaycan və Macarıstan arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib. 

 

Məsləhətləşmələrdə XİN-in Konsulluq İdarəsinin rəisi Emil Səfərovun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, o cümlədən Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov iştirak ediblər.

 

Məsləhətləşmələr zamanı Macarıstanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin “Stipendium Hungaricum” proqramı çərçivəsində Macarıstanda Azərbaycan vətəndaşlarının təhsilinin təşkili, viza və miqrasiya, kvota yerlərindən istifadənin tam təmin olunması məsələləri müzakirə olunub.

 

 



06.03.2024 | 15:00