FİSO Olimpiadasının final mərhələsi bu il Dubay şəhərində keçiriləcək

Bakı Ali Neft Məktəbində (BANM) FİSO Olimpiadasının riyaziyyat və ingilis dilləri üzrə Azərbaycan seçim turunun mükafatlandırma mərasimi keçirilib.

 

Azərbaycanın müxtəlif bölgələrindən şagirdlərin iştirak etdiyi tədbirdə “Global Olympiad Center”in (GOC) direktoru Xəyal İbrahimzadə iştirakçıları salamlayaraq tədbirin mükafatlandırma ilə yanaşı, gələcəyin parlaq ulduzlarını təbrik etmək və onlara dəstək  olmaq  baxımından da əhəmiyyətini vurğulayıb.

 

BANM-ın rektoru Elmar Qasımov şagirdləri təbrik edib və onlara FİSO-nun final mərhələsində uğurlar arzulayıb. Şagirdlərin səylərini yüksək qiymətləndirən rektor onların bu yarışda göstərdikləri bacarıq və həvəs ilə nümunə olduqlarını bildirib.

 

Tədbir şagirdlərin müxtəlif kateqoriyalarda qazandıqları medallarla mükafatlandırılması ilə davam etdirilib.

 

Qeyd edək ki, FİSO Olimpiadasının final mərhələsi bu il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçiriləcək.  22-26 iyun tarixləri arasında təşkil olunacaq bu nüfuzlu tədbirdə, 36 ölkədən gələn iştirakçılar bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

 

 



11.03.2024 | 11:46