BDU ilə Qazaxıstanın Aktobe Regional Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Qazaxıstanın K.Jubanov adına Aktobe Regional Universitetinin rektoru Laura Karabasova Bakı Dövlət Universitetində (BDU) olub.

 

Rektor Elçin Babayev qonaqla görüşdə  BDU-nun Qazaxıstan universitetləri ilə səmərəli və uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirib ki, BDU ilə Qazaxıstan universitetləri arasında 4 ikili diplom proqramı həyata keçirilir. Qardaş ölkənin 6 universiteti ilə əməkdaşlıq müqaviləsi var və BDU-da Abay Kunanbayev adına Qazax Mərkəzi fəaliyyət göstərir.

 

E.Babayev deyib ki, BDU riyaziyyat, fizika, kimya, biologiya üzrə güclü məktəblərə malikdir. Aktobe Regional Universiteti ilə bu istiqamətlərdə, eləcə də humanitar sahələr üzrə əməkdaşlıq edilə, birgə elmi tədqiqatlar həyata keçirilə bilər.

 

Aktobe Regional Universitetinin rektoru Laura Karabasova da Azərbaycanın ən böyük ali məktəbi olan BDU ilə elmin müxtəlif sahələri üzrə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

 

Görüşdə iki universitet arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

 



11.03.2024 | 16:00