MÜTDA: Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini həyəcan yaradan çağırışlar etməməyə çağırırıq

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi son günlər sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı açıqlama verib.

 

Açıqlamada bildirilir ki, ötən gündən başlayaraq, sosial mediada bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır. “Yayılan məlumatlardan xəbərdarıq. Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir. Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq”-deyə Agentliyin məlumatında vurğulanır. 

 



12.03.2024 | 11:26