Elmi institut direktorları ADPU-nun 100 illik yubiley medalı ilə təltif olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyinin bir sıra elmi institutlarının rəhbərləri ilə görüş keçirilib.

 

Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, prorektorları Eldar Aslanov, Asəf Zamanov, Fikrət Rzayev və kimya və biologiya fakültəsinin dekanı Reyhan Ağayeva, eləcə də nazirliyin tabeliyindəki Dendrologiya İnstitutunun baş direktoru Minarə Həsənova, Fiziologiya İnstitutunun baş direktoru Ulduz Həşimova, Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva, Polimer Materialları İnstitutunun baş direktoru Bəxtiyar Məmmədov, Mikrobiologiya İnstitutunun baş direktoru Pənah Muradov və Neft və Qaz İnstitutunun baş direktoru Fəxrəddin Qədirov iştirak ediblər.

 

Universitetin müvafiq fakültə və kafedraları ilə elmi institutlar arasında qarşılıqlı əlaqələr haqqında müzakirələr aparılıb və perspektivlər qeyd olunub.

 

Yekunda müvafiq elmi institut direktorlarına “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 - 2021)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.

 

Göstərilən diqqətə görə təşəkkür edən alimlər Pedaqoji Universitetin ölkəmizin təhsil sistemində oynadığı əhəmiyyətli rola diqqət çəkib, son dövrlərdə aparılan islahatların faydasını qeyd ediblər.

 

 



14.03.2024 | 16:25