“Ermənistanın ekoloji terrorunun nəticələri, yeni dövrün paradiqmaları”

Bakı Slavyan Universitetində (BSU) “Yaşıl Dünya Naminə Həmrəylik İli” ilə bağlı universitetin Tədbirlər Planı çərçivəsində “Ermənistanın ekoloji terrorunun nəticələri, yeni dövrün paradiqmaları ” mövzusunda elmi seminar təşkil olunub.

 

BSU-nun rektoru Anar Nağıyev  Qarabağ ərazisində və cəbhə boyu digər bölgələrdə erməni terrorçuların törətdiyi ekoloji cinayətlərdən söz açıb.  Rektor ermənilərin ekoloji terror siyasəti ilə bağlı tarixi faktları diqqətə çatdırıb. O, ermənilər tərəfindən törədilən terrorların tarixini və mahiyyətini gənc nəslin nümayəndələrinə öyrətməyin professor-müəllim heyətinin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu deyib.  A.Nağıyev Böyük Qayıdışın iştirakçısına çevrilməyin verdiyi qürur hissindən söz açaraq işğaldan azad olunmuş ərazilərmizdə ekoloji kontekstdə yeni bir dövrün başlanğıcının qoyulduğunu qeyd edib.

 

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov öz xatirələri və tarixi faktlar əsasında erməni xislətinin mahiyyətindən söz açıb. Ermənilərin tarix boyu yaşadıqları müxtəlif ərazilərdə terrorlar törətdiyini qeyd edib. Tarixi faktları öyrənməyin əhəmiyyətindən danışan A.İsgəndərov tarixi yaddaşımızı daim  yeniləməli olduğumuzu bildirib.

 

Bakı Dövlət Univeristetinin beynəlxlaq münasibətlər kafedrasının professoru  Ramiz Sevdimalıyev Vətən müharibəsi dövründə ermənilərin beynəlxalq humanitar hüququ pozaraq  qadağan olunmuş raketlərdən istifadə etməsinin ekoloji terrorun bariz nümunəsi olduğunu vurğulayıb. O, düşmənin yaratdığı ekoloji problem və təhdidlərin mahiyyəti barədə ətraflı məlumat verib.

 

Sonra diplomatiya və xarici siyasət kafedrasının müdiri Əsgər Əhməd, beynəlxalq münasibətlər kafedrasının müdiri Habil Məmmədov məruzələr ətrafında çıxış ediblər.

 



01.04.2024 | 10:00