Qalib komandalar mükafatlandırılıb

Məktəblilərdən ibarət  komandalar arasında stolüstü tennis üzrə yarış keçirilib.      

 

Yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 238 nömrəli tam orta məktəbdə təşkil olunub.

 

Nizami rayonu üzrə ümumi təhsil məktəblərinin şagirdlərindən ibarət komandaların iştirak etdiyi yarış olimpiya sistemi üzrə keçirilib.

 

Yarışın nəticələrinə əsasən, 238, 145 və 227 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq I, II, III yerləri tutublar.

 

Qalib komandaların üzvləri müvafiq dərəcəli diplom və medalla təltif edilib.



12.03.2018 | 11:05