Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.

 

"Azərbaycan müəllimi xəbər verir ki, proqram Azərbaycan Respublikası vətəndaşlarına Qazaxıstanın ali təhsil müəssisələrində bakalavriat,magistratura və doktorantura üzrə təhsil almaq imkanı yaradır. Təqaüd proqramına müraciət üçün son tarix 15 may 2024-cü ildir.

 

Təqaüd proqramı “Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir.

Ətraflı: https://rb.gy/4hd9fa

 

 



24.04.2024 | 12:22