UFAZ-ın magistraturasına qəbul elan edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Strasburq Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) 2024-2025-ci tədris ili üçün magistraturaya qəbul elan edib.

 

UFAZ-dan ”Azərbaycan müəllimi”nə bildirilib ki, qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:

 

  • - Məlumat elmləri və süni intellekt
  • - Fiziki kimya/kimya mühəndisliyi 
  • - Geologiya 
  • - Su ehtiyatları və idarəetmə

 

Qeyd edək ki, Su ehtiyatları və idarəetmə yeni magistratura proqramıdır.

 

Müraciət üçün son tarix 31 may saat 23.59-dur. 

 



03.05.2024 | 10:15