Ötən ay ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub
Aprel ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 5 min 442 müraciət daxil olub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll edilib. Statistikaya əsasən, 146-1 nömrəli Çağrı Mərkəzinə 1 871 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə isə 1 637 müraciət daxil olub.
 
BŞTİ-yə 1532 sənəd (vətəndaşlar tərəfindən 284 ərizə, Elm və Təhsil Nazirliyindən 311, digər qurumlardan 225, tabelikdə olan təhsil müəssisələrindən 425 məktub və 287 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 402 elektron müraciətə baxılıb.
 
Qeyd edək ki, daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.


03.05.2024 | 12:48