Aprelin 14-də keçirilmiş buraxılış və qəbul imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

14 aprel tarixində keçirilmiş buraxılış və qəbul imtahanlarının nəticələrinin nə zaman açıqlanacağına aydınlıq gətirilib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin sosial şəbəkə hesabında məlumat verilib.

 

Bildirilib ki, sözügedən tarixdə keçirilmiş imtahanın nəticələrinin mayın 10-dək açıqlanması nəzərdə tutulur. Nəticələr hazır olan kimi elan ediləcək.



03.05.2024 | 14:22