YÖK sədri Erol Özvar: “Türkiyə-Azərbaycan Universiteti ali təhsil tariximizin ən mühüm mərhələlərindən biridir”
Türkiyə-Azərbaycan Universiteti ali təhsil tariximizin ən mühüm mərhələlərindən biridir.
 
"Azərbyacan müəllimi" xəbər verir ki, bunu Türkiyənin Ali Təhsil Şurasının (YÖK) başçısı Erol Özvar deyib. O bildirib ki, YÖK və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə qurulacaq Türkiyə-Azərbaycan Universitetinin 2024-2025-ci tədris ilində tələbə qəbuluna başlayacaq. Türkiyədən Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universiteti Bakıda açılacaq Türkiyə-Azərbaycan Universitetində üç fərqli sahədə: kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi proqramları üzrə tələbə qəbul edə bilər. E.Özvar Türkiyədən gələn tələbələrin də bu proqramları seçə biləcəyini və bu çərçivədə universitetlərin öz tələbələrinə öz diplomlarını verə biləcəyini bildirib.
 
ODTÜ, İTÜ və Hacettepe-dən üç fərqli proqram
 
Türkiyə-Azərbaycan Universitetinin Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yaradıldığını deyən E.Özvar aşağıdakı məlumatları verib:
 
“Ali Təhsil Şurası ilə Azərbaycan Elm və Təhsil Nazirliyi arasında bağlanmış razılaşma nəticəsində ilk dəfə olaraq yeni universitet modeli tətbiq edilir. Bu modelə uyğun olaraq Azərbaycanın paytaxtı Bakıda qurduğumuz Türkiyə-Azərbaycan Universitetinin tərkibində Türkiyənin qabaqcıl universitetlərinin proqramlarını açacağıq. Ona görə də bu universitet çətir universitet kimi fəaliyyət göstərəcək və ilk dəfə öz proqramlarını açmaq əvəzinə, tədris fəaliyyətini davam etdirən və bu mövzuda özünü sübut etmiş universitetlərin proqramlarını özündə birləşdirəcək”.
 
“Universitetlər öz diplomlarını verəcək”
 
E.Özvar Türkiyə universitetlərinin “Bakı kampusu”  adı altında öz diplomlarını verə biləcəyini ifadə edərək qeyd edib ki, “Türkiyə-Azərbaycan Universitetinin çətiri altında bu proqramları uğurla bitirən tələbələr müvafiq universitetlərimizin diplomlarını alacaqlar. Tələbələrin işə qəbulu bu universitetlərin mövcud prosedurları əsasında həyata keçiriləcək”.
 
YÖK-un ən mühüm strategiyalarından birinin ali təhsili beynəlmiləlləşdirmək olduğunu vurğulayan E.Özvar, Türkiyə-Azərbaycan Universitetinin bu mənada ali təhsil tarixində mühüm yer tutduğunu vurğulayıb. “Dünyanın qabaqcıl universitetlərində xaricdə proqramlar açaraq, beynəlxalq tələbələrə təkcə Türkiyədəki universitetlərdə deyil, xaricdə də xidmətlər təklif olunur”. Biz bu universitetləri yerləşdikləri bölgəyə xidmət etmək üçün köçürürük. Türkiyə-Azərbaycan Universiteti ali təhsil tariximizin ən mühüm mərhələlərindən biridir. Bu mərhələyə çatmaq üçün prezidentimiz Rəcəb Tayyib Ərdoğanın uzunmüddətli baxışı hər şeydən önəmlidir. Bu universitet möhtərəm Prezidentimizin bizə göstərdiyi sonsuz dəstək sayəsində yaranıb. Ali təhsilin beynəlmiləlləşdirilməsi gələcəyə baxışımızı müəyyən edən əsas məqsədlərdən biridir. “Bu məqsədə və bu vizyona çatmaq üçün atılan ən mühüm və vacib addımlardan biri Türkiyənin dünyanın aparıcı universitetlərinin xaricdə proqramlarını açmaqdır”.
 
Oruc MUSTAFAYEV


03.05.2024 | 17:34