Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsində iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi prosesinə başlanılır
6 maydan etibarən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsində iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi prosesinə başlanılır.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, şagirdlər https://kenquru24.az/ saytında şəxsi kabinetləri üzərindən buraxılış vərəqələrini yükləyə və çap edə bilərlər.
 
Qeyd edək ki, müsabiqənin final mərhələsi 11 may tarixində keçiriləcək.


06.05.2024 | 16:45