“Şahin” hərbi-idman oyunlarının zona birincilikləri yekunlaşıb
Respublikanın ümumi təhsil müəssisələrinin X sinif şagirdlərinin  iştirakı ilə keçirilən “Şahin” hərbi-idman oyunlarında ümumilikdə bu il 20 min şagird qeydiyyatdan keçib. Zona birinciliklərində 1500-ə yaxın şagird iştirak edib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində məqsəd təhsilalanların vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir. 
 
Qeyd edək ki, “Şahin” hərbi-idman oyunlarının final mərhələsi iyunun 10-da Lənkəranda keçiriləcək. 


13.05.2024 | 17:11