Türk Universitetlər Birliyinin 7-ci Baş Assambleyasının iclası Bakıda keçiriləcək
Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclası 20 may tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi ilə Bakı şəhərində keçiriləcək. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, UNEC-in sədrliyi ilə keçiriləcək beynəlxalq tədbirdə 50-dən çox Türk Dünyası universitetlərinin rektorlarının iştirakı ilə TÜRKÜNİB-in gələcək fəaliyyəti barədə əhəmiyyətli olan məsələlər müzakirə ediləcək. Eyni zamanda TÜRKÜNİB-ə üzvlüklə bağlı 60-a yaxın universitetin müraciətinə baxılacaq.
 
Qeyd edək ki, TÜRKÜNİB-in qurulmasının əsas məqsədi ortaq tarixə, mədəniyyətə, dilə sahib olan ali təhsil müəssisələri arasında əməkdaşlığın həyata keçirilməsi, birliyə üzv olan universitetlərin elm və təhsil sahəsində proqramlarının uyğunlaşdırılması, mübadilə proqramlarının sayının artırılması, diplomların ekvivalentliyinin tanınması üçün uyğun zəminin yaradılması, eləcə də birgə akademik fəaliyyətin, layihələrin, konfransların, mədəniyyət, elm və idman sahələrində müsabiqələrin həyata keçirilməsi və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin qurulmasıdır.


13.05.2024 | 17:18