Bu günə qədər 34 mindən çox tələbə təhsil kreditlərindən yararlanıb
"Təhsil tələbə kreditlərinin verilməyə başlandığı 25 noyabr 2021-ci il tarixdən bu günədək fonda 45 000-dən çox tələbənin elektron müraciəti daxil olub". 
 
Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
 
O bildirib ki, rəsmiləşmiş müraciətlərin sayı isə cari tarixə görə, 34 839 nəfər təşkil edir. 
 
"Onlardan 12 131 nəfər (35%) tələbə Sosial növ TTK, 22 708 nəfər (65%) tələbə isə Standart növ TTK-dan yararlanıb. Ümumilikdə, rəsmiləşmiş TTK-lər üzrə tələbələr üçün 31,9 milyon manat təhsil haqqı məbləği təhsil müəssisələrinin bank hesablarına nağdsız qaydada köçürülüb. Onu da qeyd edim ki, 838 ailənin 2 nəfər, 9 ailənin isə 3 və daha artıq üzvü təhsil kreditindən yararlanıb. Rəsmiləşən kreditlərdən  452 ailədən olan 908 nəfər tələbə  Sosial TTK-dan, 395 ailədən olan 795 nəfər tələbə isə Standart TTK-dan faydalanıb” – deyə nazir müavini qeyd edib.


14.05.2024 | 12:41