Emin Əmrullayev: 77 şagirdimiz dünyanın qabaqcıl universitetlərindən qəbul alıb
77 şagirdimiz dünyanın qabaqcıl universitetlərindən qəbul alıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
 
O bildirib ki, son illər Respublika fənn olimpiadalarına qatılan uşaqlar arasında 9, 10 və 11-ci sinif şagirdləri ilə yanaşı 8-ci sinif şagirdləri də var.
 
“Fənn olimpiadalarında iştirak edən şagirdlərin ümumi sayı isə 40 min nəfərdir. Bu da ölçülə bilən nəticələri görməyə imkan verir”.
 
Nazir, həmçinin əlavə edib ki, xaricdə təhsil üçün müraciət edən 220 nəfərdən 77 nəfəri qabaqcıl dünya universitetlərindən qəbul alıb:
 
“Onlar arasında tam təqaüd alanlar da var. Bu çox müsbət dinamikadır. Respublika daxilində keçirilən olimpiadalar təbii ki, müsbət nəticələrə hesablanıb”.


15.05.2024 | 11:57