ARTİ tərəfindən metodik xidmət göstərən metodistlərin fəaliyyətinin monitorinqi davam edir
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Bakı Şəhər Təhsil İdarəsi və Regional Təhsil İdarəsinin tabeliyində olan 45 ümumi təhsil müəssisəsində metodik xidmət göstərən metodistlərin fəaliyyətinin monitorinqi davam edir.
 
İnstitutdan "Azərbaycan müəllimi"nə bildirilib ki, növbəti monitorinq Bakı şəhəri 72, 192, Sumqayıt şəhər 29 nömrəli tam orta məktəblərdə keçirilib.
 
Xatırladaq ki, monitorinqin məqsədi metodistlərin fəaliyyətinin effektivliyinin ölçülməsi, onların bu prosesə yanaşmaları, təlim ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə metodistlərə metodiki dəstəyin göstərilməsidir.
 
Qeyd edək ki, metodiki işin təşkili istiqamətində fəaliyyətlər davam etməkdədir.


16.05.2024 | 17:32