Qambiya Respublikasının təhsil naziri Təhsil İnstitutunu ziyarət edib

Qambiya Respublikasının təhsil naziri Azərbaycan Respublikasının Təhsil İnstitutunu ziyarət edib.
 

Bu barədə institutdan "Azərbaycan müəllimi"nə məlumat verilib. Məlumatda qeyd olunub ki, 15 May 2024-cü il tarixində Qambiya Respublikasının ibtidai və orta təhsil üzrə naziri və nazirliyin nümayəndələri Azərbaycan Respublikasının Təhsil İnstitutunu ziyarət edib.
 
Görüşdə Qambiyanın təhsil nazirinə Təhsil İnstitutunun fəaliyyət istiqamətləri, institutun cəlb olunduğu layihələr, icra etdiyi tədqiqatlarla bağlı ətraflı məlumat verilib.
 
Eyni zamanda Qambiyanın təhsil naziri institutun beynəlxalq qiymətləndirmə tədqiqatları ilə bağlı təcrübəsi, müəllimlərin peşəkar inkişafı və məktəblər üçün metodik dəstəklə bağlı həyata keçirdiyi fəaliyyətlərlə maraqlanıb.


17.05.2024 | 11:45