Peşə təhsili müəssisələrinə işə qəbul imtahanlarının vaxtı və vakant yerlərin sayı açıqlanıb
Peşə təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada işə qəbul imtahanlarının vaxtı açıqlanıb.
 
Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, prosesin iyul-avqust aylarında reallaşacağı gözlənilir.
 
"Müəllimlərin işə qəbulu imtahanlarına peşə təhsili müəssisələrindən 900-ə yaxın ixtisas fənn müəllimi və istehsalat təlim ustası vakant yerinin təqdim ediləcəyi gözlənilir" - deyə məlumatda qeyd olunub.

 



20.05.2024 | 10:03