Agentlik: 283 nəfər ali təhsilli şəxs peşə təhsili almaq üçün müraciət edib
Ötən il 283 nəfər ali təhsilli şəxs peşə təhsili almaq üçün müraciət edib, onlardan 37-si qəbul olub.
 
Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, 2023/2024–cü tədris ili üzrə tələbə qəbulunda ümumilikdə 37 nəfər ali təhsilli, 151 nəfər orta ixtisas təhsilli şəxs peşə təhsil müəssisələrinə qəbul olunub.
 
Ali təhsilli şəxslərin ən çox üz tutduğu ixtisaslar turizm və xidmət sahələridir. Ali təhsilli tələbələr arasında Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Dövlət Universiteti kimi nüfuzlu ali təhsil ocaqlarının məzunları da yer alır.
 


20.05.2024 | 11:24