Qarabağ Universitetinə rektor təyin olundu - SƏRƏNCAM
Ş.V.Bayramovun Qarabağ Universitetinin rektoru təyin edilməsi haqqında
 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin rektoru təyin edilsin.
 
 
İlham Əliyev
 
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 20 may 2024-cü il


20.05.2024 | 17:00