Doktorantura təhsili üçün 2749 nəfər müraciət edib
Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatların doktorantura səviyyəsinə qəbul olmaq istəyən 2749 nəfər portal.edu.az vasitəsilə qeydiyyatdan keçib. 
 
Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, 2562 müraciət fəlsəfə doktoru proqramı üzrə, 187 müraciət isə elmlər doktoru proqramı üzrə qeydiyyata alınıb. 
 
Hazırda fəlsəfə doktoru proqramı üzrə müraciətlərin qəbulu bitib. 
 
Elmlər doktoru proqramı üzrə müraciətlərin qəbulu prosesi isə portal.edu.az üzərindən 30 avqust tarixinə kimi davam edəcək.


21.05.2024 | 16:53