ADNSU-nun rektoru Perunun ölkəmizdəki səfiri ilə görüşüb

Noyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Perunun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoani ilə görüşüb.

 

Qonağı salamlayan  rektor M.Babanlı ADNSU-da təhsil almış Peru tələbələri, həmçinin universitetdə həyata keçirilən tədris prosesi, ixtisaslar və əməkdaşlıq əlaqələri haqqında  məlumat verib.

 

ADNSU-da olmaqdan məmnunluğunu deyən Perunun Azərbaycandakı səfiri M. Milaqros Kastanyon Seoani təmsil etdiyi ölkənin ali təhsil ocaqlarından, həmçinin neft və qaz sahəsində mütəxəssislərə olan ehtiyacdan danışıb. Xüsusən də ADNSU ilə əlaqələrin qurulması və genişlənməsində maraqlı olduqlarını diqqətə çatdıran səfir M. Milaqros eyni ixtisaslarda tələbə və müəllimlərin mübadiləsi və birgə layihələrin işlənməsi məsələsinə toxunub.

 

Görüşdə əməkdaşlıq oluna biləcək sahələr və əməkdaşlığın rəsmi sənədlərlə tənzimlənməsi barədə müzakirələr aparılıb. 



08.11.2018 | 19:00