Bakı Ali Neft Məktəbi ilə Buxarest Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Bakı Ali Neft Məktəbi (BANM) ilə Buxarest Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 
 
BANM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, sənədi ali məktəbin rektoru Elmar Qasımov və Qara Dəniz Universitetləri Şəbəkəsinin Prezidenti və Buxarest Universitetinin rektoru Marian Preda imzalayıblar.
 
Anlaşma Memorandumunda professor-müəllim heyəti, tələbə mübadiləsi, birgə tədqiqat fəaliyyətləri, seminarlarda və akademik görüşlərdə iştirak, tədris vəsaitləri və digər informasiya materiallarının mübadiləsi, eyni zamanda qısa müddətli xüsusi akademik proqramların icrası da nəzərdə tutulur.

 



24.05.2024 | 16:24