Basketbol üzrə ölkə çempionatının qalibləri bəlli olub
Basketbol üzrə Azərbaycan çempionatı başa çatıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində Basketbol üzrə Azərbaycan çempionatının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. 
 
Ardıcıl olaraq  ikinci dəfə ölkə çempionluğunu təmin etmiş “Sabah” komandasına qızıl medallar və çempionluq kuboku təqdim olunub.
 
İkinci yeri tutan "Xəzri"yə gümüş, üçüncü yerin sahibi "NTD-İndiqo"ya isə bürünc mükafatlar verilib.
 
Mükafatları komandalara Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və ABF-nin nümayəndələri təqdim ediblər.
 
Tədbirdə həmçinin mövsümün ən yaxşıları bəlli olub. Mövsümün ən yaxşı oyunçusu "Sabah"ın basketbolçusu Şirzad Şirzadov, ən yaxşı baş məşqçisi isə "NTD-İndiqo"nun treneri Tahir Baxşıyev seçilib.

 



24.05.2024 | 22:53