Naxçıvan təhsil nazirinə yeni müavin təyin olunub
Naxçıvan Muxtar Respublikasının təhsil nazirinə yeni müavin təyin olunub.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 27 may 2024-cü il tarixli Sərəncamına əsasən, Xudiyev Rəşad Xəlil oğlu Naxçıvan təhsil nazirinin müavini təyin edilib.
 
Qeyd edək ki, Rəşad Xudiyev bundan əvvəl Naxçıvan Təhsil Nazirliyində aparat rəhbəri, mədəniyyət nazirinin müavini, Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatı, Strateji planlaşdırma, innovasiyalar və təhlil şöbəsi, Dövlət proqramlarının (layihələrin) idarə edilməsi və monitorinqi sektorunun baş məsləhətçisi və digər vəzifələrdə çalışıb.


27.05.2024 | 10:56