İsrailin Bar-İlan Universiteti ilə AzTU arasında tədris və tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
İsrailin Bar-İlan Universitetinin mühəndislik fakültəsinin dekanı Zeev Zalevskinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.
 
AzTU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, qonaqlar rektor Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Rektor V.Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən layihələr haqqında qonaqları məlumatlandırıb.
 
Dekan Zeev Zalevski öz növbəsində təmsil etdiyi ali təhsil müəssisəsinin və müvafiq fakültənin fəaliyyəti barədə geniş məlumat verib. Görüşdə mühəndislik ixtisasları üzrə tədris və tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.


27.05.2024 | 11:11