Türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclasları Şuşada keçiriləcək
İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyasının Elmi Şurasının VII İclası keçiriləcək. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, iclaslarda Türk Dövlətləri Təşkilatı, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər.
 
Tədbirlər zamanı ölkələr arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.


27.05.2024 | 15:36