SDU-da Təbiət Fənn Müəllimlərinin Forumu keçiriləcək
31 may 2024-cü il saat 10:00-da  Sumqayıt Dövlət Universitetində Təbiət Fənn Müəllimlərinin Forumunun açılış mərasimi baş tutacaq.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib. Qeyd olunub ki, açılışda SDU-nun rektoru dosent Rüfət Əzizov, Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov çıxış edəcəklər.
 


28.05.2024 | 17:16