Bakı Dövlət Universiteti daha bir beynəlxalq reytinq siyahısında irəliləyib
RUR (Round University Ranking) Beynəlxalq Reytinq Agentliyi 2024-cü il üçün dünya universitetlərinin növbəti reytinq siyahısını açıqlayıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) açıqlanan reytinq siyahısında 80 pillə irəliləyərək 1042-ci yerdən 962-yə qalxıb. Eləcə də BDU RUR reytinq siyahısında tədqiqatın keyfiyyəti parametri üzrə ölkədə birinci yerdə qərarlaşıb.
 
Qeyd edək ki, BDU RUR reytinq siyahısına 2013-cü ildən daxil edilib. RUR reytinqində universitetlər tədrisin keyfiyyəti (40 faiz), tədqiqatın keyfiyyəti (40 faiz), beynəlmilləşmə (10 faiz) və maliyyə dayanıqlılığı (10 faiz) istiqamətlərində qruplaşdırılan 20 parametrə görə qiymətləndirilir.


29.05.2024 | 11:05