Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək.
 
Elm və təhsil naziri Emin Əmrullayev 21 iyun tarixində Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinləri iştirak edə bilərlər.
 
Adları çəkilən şəhər və rayonların sakinləri 10 iyun (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.


29.05.2024 | 16:14