Füzulidə məktəblilər arasında "Nə? Harada? Nə zaman?" oyunu keçirilib
28 may tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi Füzuli şəhərində "Nə? Harada? Nə zaman?" oyunu üzrə məktəblilər arasında açıq kubok keçirib.
 
"Azərbaycan müəllimi" şəhərin 20-ə yaxın komandasının iştirak etdiyi oyunda Zobucuq qəsəbəsi 26 nömrəli məktəbin “Qalib Azərbaycan” komandası qalib olub. 
 
Şükürbəyli kənd məktəbinin “Ərgünəş” komandası ikinci, Zobucuq qəsəbəsi 27 nömrəli məktəbin “28 May” komandası üçüncü yeri tutub.
 
Qaliblər kubok, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.


29.05.2024 | 16:59