Tədris digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili (dövlət dili kimi) fənninin dərs saatları artırılacaq
Növbəti illərdə tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrinin VIII-XI siniflərində Azərbaycan dili (dövlət dili kimi) fənninin dərs saatlarının miqdarı 3 saata çatdırılacaq.
 
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, ümumi təhsil müəssisələrinin I-XI siniflərinin tədris planlarına əsasən, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili (dövlət dili kimi) fənninin həftəlik dərs saatlarının miqdarı I-IV siniflərdə 2, V-VII siniflərdə 3, VIII-XI siniflərdə isə 2 saat olmaqla müəyyənləşdirilib. 
 
Bundan əlavə IX sinifdə “Zəfər tarixi” kursu, X-XI siniflərdə  “Çağırışaqədərki hazırlıq” fənni Azərbaycan dilində tədris edilir.


30.05.2024 | 11:08