Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı artıb
Ölkəmizin ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
 
Belə ki, 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan, xarici ölkələrdən olan tələbələrin sayı 5765, 2022-2023-cü tədris ilində 6223, 2023-2024-cü tədris ilində isə artaraq 6680 nəfər olub.
 
Qeyd edək ki, bu sırada ilk üçlükdə 3021 tələbə ilə Türkiyə, 1069 tələbə ilə İran, 609 tələbə ilə Rusiya dayanır.


31.05.2024 | 14:44