“Təhsildə Könüllülük” layihəsinin iştirakçıları 12 məktəbəqədər təhsil müəssisəsində fəaliyyətə cəlb olunub
“Təhsildə Könüllülük” layihəsinə ümumilikdə 188 nəfər müraciət edib və onlardan 16-sı layihədə iştirak hüququ qazanaraq 12 məktəbəqədər təhsil müəssisəsində praktiki fəaliyyətlərə cəlb olunub.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə “Təhsildə Könüllülük” layihəsinin bağlanış və mükafatlandırma mərasimində məlumat verilib.  
 
“Bir Könüllü” Tələbə Təşkilatı ilə birgə həyata keçirilən “Təhsildə Könüllülük” layihəsinin əsas məqsədi tələbələrin sahəvi bilik və bacarıqlarını artırmaq, onları məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə aktiv cəlb edərək bu müəssisələrin fəaliyyətinə dəstək göstərmək, eyni zamanda gələcək kadr hazırlığı prosesini sürətləndirməkdir.


31.05.2024 | 15:29