Qarabağ Universitetinə tələbə qəbulu ilə əlaqədar maarifləndirici görüşlər keçirilib
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı və Qobustan rayon ümumtəhsil məktəblərində təhsil alan bir qrup XI sinif şagirdləri ilə Qarabağ Universitetinə tələbə qəbulu ilə əlaqədar maarifləndirici görüşlər keçirilib.
 
Görüşlərdə Dağlıq Şirvan RTİ-nin İnzibati Təşkilat Sektorunun məsləhətçisi Anar Osmanov, İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, Qobustan Rayon Təhsil Sektorunun müdiri Tahir Səbzaliyev, sektorların əməkdaşları və  müəllimlər iştirak ediblər.
 
Şagirdlərlə görüşlərdə Qarabağ Universiteti haqqında ümumi məlumat, qəbul qaydaları, ixtisaslar, tələbələrə ediləcək güzəştlər, ödənişsiz təhsil, ödənişsiz yataqxana və digər məsələlərlə əlaqəli geniş məlumat verilib.
 
Sonda universitet  haqqında məlumatları özündə əks etdirən bukletlər şagirdlərə paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Qarabağ Universiteti 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.


31.05.2024 | 17:48