TDT və Beynəlxalq Türk Akademiyasının nümayəndələri qrant layihəsinin icrasını izləyiblər

Türk Dövlətləri Təşkilatı və Beynəlxalq Türk Akademiyasının nümayəndə heyətləri qrant qazanmış layihənin icra prosesini izləyiblər. 

 

"Azərbaycan müəllimi" xəbər verir ki, nümayəndə heyətləri Füzuli șəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə icra olunan layihə ilə tanıș olduqdan sonra keçirilən məşğələ və oyun prosesini izləyiblər.

 

 Xatırladaq ki, Füzuli șəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə icra olunan layihədə 3-5 yaşlı 22 uşaq məktəbəqədər təhsilə cəlb edilib. 

 

Qeyd edək ki, "Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili" pilot qrant proqramı çərçivəsində 16 layihə qrant qazanıb. Bu layihələr Bakı, Lənkəran, Şəki, Şirvan, Naxçıvan, Füzuli, Zaqatala, Masallı, Astara və Göygöldə icra olunmaqla, ümumilikdə 500-dən çox uşağı əhatə edir. Pilot qrant proqramının keçirilməsində əsas məqsəd məktəbəqədər təhsilin əhatə dairəsinin artırılmasından ibarətdir.

 



01.06.2024 | 16:33