BANM-in tələbələri PAŞA Holdinqin inkişaf proqramında I yeri tutublar
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri PAŞA Holdinq tərəfindən təşkil edilən “Future Shapers” inkişaf proqramının qalibi olublar.
 
BANM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, inkişaf proqramında “İnformasiya təhlükəsizliyi” ixtisasının III kurs tələbəsi Ruslan Murtuzov və “Kompüter mühəndisliyi” ixtisasının III kurs tələbəsi Tamerlan Ağayev qalib gəlib. 
 
“Safe Life” komandası tərkibində iştirak edən tələbələr 3 mərhələdən ibarət olan seçim prosesindən uğurla keçiblər. Nəticədə “İnnovasiya və Məhsul Simulyasiyası” final mərhələsinə iştirak hüququ qazanıb və “Endowment Insurance” sahəsində innovativ həll yolu təqdim edərək I yerə layiq görülüblər.
 
Qeyd edək ki, proqram PAŞA Holdinqin Öyrənmə və İnkişaf mərkəzi olan PAŞA Hub tərəfindən təşkil olunur. Məqsəd istedadlı universitet tələbələrini və yeni məzunları aşkar etmək, onların inkişafına töhfə vermək, eləcə də gənclərə əmək bazarında yaranan yeni rollar barədə məlumat verməkdir.


03.06.2024 | 10:22