Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçirilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə institutdan məlumat verilib.
 
Bildirilib ki, ümuminstitut seminarında Çexiyanın Palacky Universitetinin “Cəbr və həndəsə” bölməsinin professoru, Dr. Sc. Josef Mikes, “Geodezik inikaslar və onların ümumiləşdirilməsi”mövzusunda məruzə ilə çıxış edib.
 
Məruzədə geodezik inikasların və holomorf-proyektiv çevrilmələrin əsas tənlikləri verilib. Həm qlobal, həm də lokal olaraq bu inikaslara və çevrilmələrə nəzərən fəzaların birqiymətli təyin olunması məsələsinə baxılıb.
 
Eynşteyn fəzaları ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib.


05.06.2024 | 13:07