Məktəblərdə dərsliklərin indidən yığılması doğrudurmu? - Agentlik aydınlıq gətirdi
Əldə etdiyimiz məlumata görə, bir sıra məktəblərdə, o cümlədən paytaxtın bəzi ümumtəhsil müəssisələrində dərs vəsaitlərinin indidən yığılmasına başlanılıb. Tədris ilinin hələ başa çatmadığını nəzərə alsaq, bu, haqlı olaraq narazılığa səbəb olur.
 
"Azərbaycan müəllimi"nin sorğusuna əsasən, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məsələyə aydınlıq gətirilib.
 
Bildirilib ki, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq əmrinə əsasən 2023-2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində 15 sentyabr 2023-cü il tarixində başlayır, 14 iyun 2024-cü il tarixində başa çatır. 
 
Bununla əlaqədar olaraq 14 iyun son dərs günüdür.
 
Qeyd edək ki, məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.


05.06.2024 | 16:33