Nurlan İsmayılbəyli: 63 müəllim sertifikatlaşdırma nəticəsi əsasında iş yerini dəyişib
Bu vaxta qədər 63 müəllim sertifikatlaşdırma nəticəsi əsasında iş yerini dəyişib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdirinin müavini Nurlan İsmayılbəyli deyib.
 
O bildirib ki, məktəblərin IV və VI siniflərində keçirilən monitorinqlərin nəticələri onu göstərir ki, sertifikatlaşdırma imtahanlarında uğur qazanan müəllimlərin şagirdlərin nəticələrinə təsiri müsbətdir.
 
"Sertifikatlaşdırma imtahanlarında uğur qazanan və yüksək bal toplayan müəllimlərin nəticələri nəzərə alınmaqla direktor və direktor müavini olmaq üçün nəzərə alınacaq. Bunun üçün direktorların işə götürülməsi ilə bağlı yeni yanaşma hazırlanır".

 



06.06.2024 | 10:35