Təkrar sertifikatlaşdırmada uğur qazanmayanların bu il də alternativ işlə təmin olunması məsələsinə baxılacaq
"Bu il də təkrar sertifikatlaşdırma prosesində uğur qazanmayan təhsilverənlərin ailə tərkibi və sosial vəziyyətinə dair məsələlərə baxılması məqsədilə yerli təhsili idarəetmə orqanlarında komissiyalar yaradılacaq".
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu “Report”a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
 
O bildirib ki, komissiyalar tərəfindən sözügedən məsələlərlə bağlı müraciətlər araşdırılacaq və həmin təhsilverənlərin digər pedaqoji vəzifələrdə işlə təmin olunması məsələsinə baxılacaq.
 
Qeyd edək ki, ötən il təşkil olunmuş komissiyalar çərçivəsində sertifikatlaşdırmadan kəsildiyi üçün əmək müqaviləsinə xitam verilən 200-ə yaxın müəllim ailə tərkibi və sosial vəziyyəti nəzərə alınaraq alternativ işlə təmin olunub.

 



07.06.2024 | 12:55