BDU-nun elmi jurnalının əmsalı 8.8 olub
Bakı Dövlət Universitetinin (BDU) təsisçiliyi ilə BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda dərc olunan “Applied and Computational Mathematics” jurnalının təsir əmsalı “Scopus” bazasında 8.8 olub.
 
 
BDU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, jurnalın redaksiya heyətinə dünyanın 20-yə yaxın ölkəsini təmsil edən tanınmış alimlər daxildir.
 
Jurnalın indiyədək çapdan çıxmış 61 nömrəsində dünyanın 50-dən artıq ölkəsini təmsil edən tədqiqatçıların 650-dək məqaləsi dərc olunub. Jurnalda ildə dörd nömrə olmaqla müasir tətbiqi və hesablama riyaziyyatının aktual istiqamətləri üzrə əldə olunmuş ən son elmi nəticələr çap olunur. Hazırda jurnalın 500-dən çox tanınmış rəyçisi mövcuddur. 
 
Qeyd edək ki, jurnal həmçinin “Web of Science Core Collection” bazasında Q1 kvartilli jurnallar siyahısına daxildir. 
 


07.06.2024 | 14:22