"Bu dünyada ən yaxşı peşə hansıdır?" sualını uşaqlar cavablandırıb
Şirvan şəhər 12 nömrəli tam orta məktəbində“Bütün peşələr gözəldir” adlı məşğələ keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, məşğələnin keçirilməsində məqsəd uşaqlarda müxtəlif peşələrə maraq yaratmaqdır.
 
Xatırladaq ki, Şirvan şəhər 12 nömrəli tam orta məktəb tərəfindən "Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində 31 üç-beş yaşlı uşaq alternativ məktəbəqədər təhsilə cəlb olunub. 
 
Qeyd edək ki, “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində 16 layihə qrant qazanıb. Bu layihələr Bakı, Lənkəran, Şəki, Şirvan, Naxçıvan, Füzuli, Zaqatala, Masallı, Astara və Göygöldə icra olunmaqla, ümumilikdə 500-dən çox uşağı əhatə edir. Pilot qrant proqramının keçirilməsində əsas məqsəd məktəbəqədər təhsilin əhatə dairəsinin artırılmasından ibarətdir.


07.06.2024 | 16:08