"2019-2023 Dövlət Proqramı" doktorantı beynəlxalq simpoziumda qalib seçilib
"2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University College London” ali təhsil müəssisəsində Neyroşünaslıq, fiziologiya və farmakologiya ixtisası üzrə doktorantura səviyyəsində təhsil alan Aygün Bədəlova PhD Power Pitch simpoziumunda qalib seçilib.
 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, iyun ayının 4-də Londonda, İngiltərə Nevrologiya İnstitutunun Beyin Bərpası və Reabilitasiya Departamentinin təşkil etdiyi PhD Power Pitch simpoziumunda çıxış edən doktorantımızın  təqdimatı ən yaxşı təqdimat nominasiyası üzrə qalib seçilib.
 
 
Qeyd edək ki, simpoziumun iştirak şərtlərinə əsasən, hər bir  iştirakçı cəmi 5 dəqiqə ərzində tədqiqatını aydın və səlis şəkildə münsiflərə təqdim etməli idi.


07.06.2024 | 17:17