Təkrar sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna başlanılıb

8 iyun tarixində təşkil olunan təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna start verilib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

 

Qeyd edək ki, müraciətlər 13 iyun saat 11:00-a qədər qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

 

 



10.06.2024 | 11:25