Peşə təhsil mərkəzinin komandası Hindistanda keçiriləcək dünya çempionatına vəsiqə qazanıb
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası "WRC Azərbaycan" müsabiqəsinin finalında "Botscombat" (robotların qaydasız döyüşü) kateqoriyası üzrə 3-cü yeri tutaraq Hindistanda keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə mərkəzdən məlumat verilib.
 
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası yarışda "İndastry Tank" adlı döyüş robotu ilə təmsil olunub. Robot mərkəzin mühəndisləri tərəfindən hazırlanıb.
 
Qeyd edək ki, Dünya Robot Çempionatı AREA - Azərbaycan Robotexnika Mühəndislik Akademiyasının rəsmi təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən beynəlxalq yarışmadır. Yarışda “İnnovation contest”, ”WRC Botscombat”, “WRC Rc Craft”, “WRC Drone”, “WRC Robosoccer” olmaqla 5 kateqoriya üzrə 8-30 yaş arası uşaq və gənclər mübarizə aparırlar.
 
Yarışmanın beynəlxalq mərhələsi Hindistanın paytaxtı Yeni Delhidə keçiriləcək. www.wrc.az
 



10.06.2024 | 14:16